İQTİSADİYYATÇI, İQTİSADÇI

экономист
İQTİSADİYYAT
İL
OBASTAN VİKİ
İqtisadçı
İqtisadçı — Resursların insan ehtiyaclarını ən yaxşı qarşılayacaq formada istifadə edilməsini, sonsuz insan ehtiyaclarından qıt resurslarla qarşılana biləcəklərin təyin edilməsini, ehtiyacları qarşılayacaq mal və xidmətlərin istehsalında mənbələrin ən yaxşı formada paylanılmasını, istehsal olunan mal və xidmətlərin bölüşdürülməsi mövzusunda işləyən insanlardır. == Vəzifələri == İstehsal edilən mal və məhsulların istehlakçıya çatdırılması barədə planlama edirlər. Məlumat toplama bacarıqlarını inkişaf etdirirlər. İnflyasiya, qazanc faizi, məşğulluq və enerji maaliyyəti sahələrində yoxlama edirlər.
Akif Musayev (iqtisadiyyatçı)
Akif Fərhad oğlu Musayev (18 iyul 1947, Qorqan, Qaryagin rayonu – 11 iyul 2022) — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü, Ali Attestasiya Komissiyası-nın rəyasət heyətinin üzvü, Kıbrıs, Girne Universiteti-nin "Bankacılık ve Finans Bölüm Başkanı", Gürcüstanın Qafqaz Universiteti və Azərbaycanın Odlar Yurdu Universiteti-nın fəxri doktoru, "ASERC" jurnalının baş redaktoru, Rusiyanın "Научные известия" jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Akif Musayev 1947-ci il 18 iyul tarixində Azərbaycanın Füzuli rayonunda anadan olub. 1965–1971 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı, tələbə 1967–1980 — Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, Iqtisadı – riyazi modellər laboratoriyasında kiçik, baş elmi işçi 1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə "İqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır 1980–1991 – Azərbaycan Neft və Kimya İnstitutu (Azərbaycan Dövlər Neft Akademiyası), Tətbiqi Riyaziyyat kafedrasında baş müəllim, dosent 1992 — Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə "İqtisad elmləri doktoru" alimlik dərəcəsi almışdır 1991–1999 — Azərbaycan Dövlər Neft Akademiyası, Sənaye iqtisadiyyatı fakültəsinin nəzdində "Maşınqayırma sənayesinin iqtisadiyyatı və Menecmenti" kafedrasının müdiri. 1999–2000 — Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin Rəisi 2000–2007 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin və Tədris mərkəzinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və Vergiqoyma" kafedrasının müdiri 2007–2011 — Azərbaycan Universitetinin Rektoru 2011–2013 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2013–2016 — Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri 2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "İqtisad elmləri" üzrə redaksiya heyətinin üzvüdür. == Mükafatları == "Dövlət qulluğunda fərqlənməyə görə" medal. Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu". Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı. == Kitabları == Vergiər haqqında etüdlər. A. F. Musayev, Ə. Əliyev.
Ceyms Stirlinq (iqtisadiyyatçı)
Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri. == Bioqrafiyası == Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb. 1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı.
İqtisadçı (qəzet)
İqtisadçı qəzeti — 1970-ci ilin 28 yanvarından çap olunan qəzet. == Yaranma tarixi == «İqtisadçı» qəzeti 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu rektorluğunun, Partiya Komitəsinin, Həmkarlar İttifaqı və Komsomol Təşkilatlarının orqanı kimi təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzetin təsisi institutun yaranmasından xeyli sonra olsa da, qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi 30 il ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir. == İşin məzmunu == «İqtisadçı» qəzeti universitetdə tədrisin təşkili və onun müasir standartlara uyğun aparılması üçün mütərəqqi təkliflərin dərcinə xüsusi diqqət yetirir. Bununla bağlı universitet rəhbərliyinin tədrisin keyfiyyətinin qaldırılması sahəsində apardığı məqsədyönlü işlər qəzetin səhifələrində öz əksini tapır. Burada həmçinin, tədrislə əlaqədar tədrisə kömək etmək məqsədilə qəzetdə dərc edilən təsirli məqalələr xüsusi diqqət mərkəzindədir. Məsələn, zaçot və imtahan sessiyalarına hazırlığın vəziyyəti və gedişatı ilə bağlı yol verilən nöqsanlar, qeyri-obyektiv hallar, dərsə gecikən, öz mühazirəsini günün tələbləri səviyyəsində qura bilməyən, pedaqoji qaydalara riayət etməyən, tələbə-müəllim münasibətlərinə xələl gətirən əməkdaşlar haqqında ciddi yazılar dərc olunur və onlar yeri gəldikdə tənqid olunur. Bununla yanaşı, universitetdə qabaqcıl iş metodu ilə fərqlənən, tədrisin yaxşılaşdırılması istiqamətində fəallıq göstərən alimlərimiz haqqında da obyektiv, tərbiyəvi xarakterli materiallar dərc olunur. Qəzetdə universitetin elmi fəaliyyətinə də geniş yer verilir.
İqtisadçı QVK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. == Tarixi == === Universitet klubu olduğu illər === "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
İqtisadçı VK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. == Tarixi == === Universitet klubu olduğu illər === "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
Akif Musayev (iqtisadçı)
Akif Fərhad oğlu Musayev (18 iyul 1947, Qorqan, Qaryagin rayonu – 11 iyul 2022) — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü, Ali Attestasiya Komissiyası-nın rəyasət heyətinin üzvü, Kıbrıs, Girne Universiteti-nin "Bankacılık ve Finans Bölüm Başkanı", Gürcüstanın Qafqaz Universiteti və Azərbaycanın Odlar Yurdu Universiteti-nın fəxri doktoru, "ASERC" jurnalının baş redaktoru, Rusiyanın "Научные известия" jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Akif Musayev 1947-ci il 18 iyul tarixində Azərbaycanın Füzuli rayonunda anadan olub. 1965–1971 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı, tələbə 1967–1980 — Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, Iqtisadı – riyazi modellər laboratoriyasında kiçik, baş elmi işçi 1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə "İqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır 1980–1991 – Azərbaycan Neft və Kimya İnstitutu (Azərbaycan Dövlər Neft Akademiyası), Tətbiqi Riyaziyyat kafedrasında baş müəllim, dosent 1992 — Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə "İqtisad elmləri doktoru" alimlik dərəcəsi almışdır 1991–1999 — Azərbaycan Dövlər Neft Akademiyası, Sənaye iqtisadiyyatı fakültəsinin nəzdində "Maşınqayırma sənayesinin iqtisadiyyatı və Menecmenti" kafedrasının müdiri. 1999–2000 — Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin Rəisi 2000–2007 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin və Tədris mərkəzinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və Vergiqoyma" kafedrasının müdiri 2007–2011 — Azərbaycan Universitetinin Rektoru 2011–2013 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2013–2016 — Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri 2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "İqtisad elmləri" üzrə redaksiya heyətinin üzvüdür. == Mükafatları == "Dövlət qulluğunda fərqlənməyə görə" medal. Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu". Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı. == Kitabları == Vergiər haqqında etüdlər. A. F. Musayev, Ə. Əliyev.
Aydın Məmmədov (iqtisadçı)
Aydın İsrafil oğlu Məmmədov (14 iyul 1941, Dəliməmmədli, Qasım İsmayılov rayonu – 25 fevral 2003, Bakı) — tanınmış Azərbaycan iqtisadçısı, professor (1986), Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü (1991), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Aydın Məmmədov 1941-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olub. O, ali təhsilini 1960–1965-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Universitetin Kənd təsərrüfatı iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib, kafedrada assistent işləyib. == Elmi fəaliyyəti == Aydın Məmmədov 1967-ci ildə istehsalatdan ayrılmaqla K. A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olunub. Nəzərdə tutulan müddətdə (1970-ci il) aspiranturanı bitirən A. Məmmədov "Azərbaycan SSR-də pambığın məhsuldarlığının iqtisadi – statistik təhlili və uzunmüddətli proqnozlaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 0, 1985-ci ildə AKTİ-nin kənd təsərrüfatının iqtisadiyyatı kafedrasının müdiri kimi 15 ilə yaxın apardığı tədqiqat işini ümumiləşdirərək "Regional aqrar-sənaye komplekslərində qarqlı iqtisadi əlaqələrin təkmilləşdirilməsi" (Azərbaycan SSR-in materialları əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. O, 1986-cı ildə professor elmi adına layiq görülüb. Aydın Məmmədov 1991-ci ildə Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 10 nəfər elmi işçi namizədlik dissertasiyası müdafiə edib.
Ceyms Byukenen (iqtisadçı)
Ceyms Byukenen (ing. James McGill Buchanan Jr. 3 oktyabr 1919[…] – 9 yanvar 2013[…]) — amerikalı iqtisadçı. 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyat və fəaliyyəti == Ceyms Byukenen ABŞ-nin Tennessi ştatının Murfrisboro şəhərində anadan olub. 1940-cı ildə Orta Tennessi Normal məktəbindən (ing. Middle Tennessee Normal School) məzun olmuşdu. 1941-ci ildə Tennessi Universitetində magistr dərəcəsi, 1948-ci ildə isə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdi. Ceyms Byukenen Virciniya Universiteti, Kaliforniya Universiteti, Los Anceles, Florida Ştat Universiteti, Tennessi Universiteti, Virciniya Politexnik İnstitutunda professor kimi işləmiş və son olaraq Corc Mason Universitetində fəxri professor kimi dərs keçmişdi. Ceyms Byukenen iqtisadiyyat və politologiyanı birləşdirən İctimai seçim nəzəriyyəsinin ən məşhur nümayəndəsi, tədqiqatçısı və təkmilləşdirənidir.
Ceyms Montqomeri (iqtisadçı)
Ceyms D. Montqomeri (ing. James D. Montgomery; 13 aprel 1963) — ABŞ sosioloqu və iqtisadçısı. Endryus Universitetinin bakalavrı (1985); Massaçusets Texnologiya İnstitutunun fəlsəfəs doktoru (1989). Viskonsin Universitetinin sosiologiya professoru (2000-ci ildən). Amerika Sosiologiya Assosiasiyasının C. Kuleman mükafatı laureatı (1999). == Əsas əsərlər == "The Logic of Role Theory: Role Conflict and Stability of the Self-Concept", Journal of Mathematical Sociology, 29 (Yanvar 2005): 33-71. "A Formalization and Test of the Religious Economies Model", American Sociological Review, 68 (Oktyabr 2003): 782-809. "The Self as a Fuzzy Set of Roles, Role Theory as a Fuzzy System", Sociological Methodology, 30 (2000): 261-314. "Adverse Selection and Employment Cycles", Journal of Labor Economics, 17 (Aprel 1999): 281-97. "Toward a Role-Theoretic Conception of Embeddedness", American Journal of Sociology, 104 (İyul 1998): 92-125.
Con Lou (iqtisadçı)
Con Lou (ing. John Law; 21 aprel 1671, Edinburq – 21 mart 1729[…], Venesiya) — Şotland iqtisadçı. O, pulu sərvətin özünə hər hansısa bir real təsiri olmayan, sadə bir mübadilə vasitəsi olaraq görür, milli sərvətin ticarətdən asılı olduğuna inanırdı. Lou, həmçinin, 1716-cı ildə Fransa Mərkəzi Bankının təməlini qoymuşdur.
Eldar Nuriyev (iqtisadçı)
Elçin Süleymanov (iqtisadçı)
Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda) . == Həyatı == Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır. 1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir.
Elçin Əliyev (iqtisadçı)
Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru. == Həyatı == Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib. 1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər. 1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Emin Hüseynov (iqtisadçı)
Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018). == Həyatı == Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. == Fəaliyyəti == Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır. Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. == Haqqında == 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümümittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı olub.
Həsən Qasımov (iqtisadçı)
Həsən Allahyar oğlu Qasımov (1940, Qaraçuq, Naxçıvan rayonu – 13 yanvar 1994, Bakı) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994). == Həyatı və fəaliyyəti == 1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir. 1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Mehdi Bağırov (iqtisadçı)
Nazim Məmmədov (iqtisadçı)
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. == Həyatı == Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. == Təhsili və elmi-pedaqoji fəaliyyəti == 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsi ilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.
Ramil Əliyev (iqtisadçı)
Əliyev Ramil Bəylər oğlu (1940, Qaryagin rayonu) — iqtisad elmləri doktoru, professor. == Həyatı == Ramil Əliyev 1940-cı ilin qışında Füzuli rayonunun Saracıq kəndində əsilli, nəcabətli bir ailədə doğulub. 1958-ci ildə qonşu Qaradağlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirir. Təhsilini ali məktəbdə davam etdirmək məqsədilə həmin ildə o vaxtkı K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. İnstitut illərində R. Əliyev biliyi, çalışqanlığı, dünyagörüşünün genişliyi, ünsiyyət yaratmaq bacarığı ilə seçilir. Çox keçmir ki, institut həyatı universitet illərilə əvəz olunur. 1959-cu ildə adıçəkilən institut ləğv edilir. Eyni adlı fakültə Azərbaycan Dövlət Universitetinə verilir. Müvəffəqiyyətlə ötən təhsil illərində R. Əliyev universitetin professor–müəllim heyətinin böyük rəğbətini qazanır. Universiteti 1963-cü ildə fərqlənmə diplomu ilə bitirən R. Əliyev təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə göndərilir.
Ruslan Quliyev (iqtisadçı)
Rəhim Hüseynov (iqtisadçı)
Rəhim Hüseynov (tam adı: Rəhim Hüseyn oğlu Hüseynov; 22 iyul 1961, Bakı – 12 may 2014, Bakı) — iqtisadçı, Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA prezidentinin müşaviri. == Həyatı == Rəhim Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1978–1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Mühəndis-iqtisad" fakültəsində təhsil alıb. 1991–92-ci illərdə İstanbul Dövlət Universitetində "İdarəetmə" fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib. AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb. "SİAR" şirkətində təsisçilərdən biri və baş menecer, "Marketinq mütəxəssisləri" İctimai Birliyində idarə heyətinin sədri, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub. 1997–1998-ci illərdə BMT Sənayenin İnkişafı Təşkilatında (UNİDO) Azərbaycan üzrə milli ekspert kimi fəaliyyət göstərib. 1997–2002-ci illərdə Avropa İctimai Rəy və Marketinq Araşdırmaları Cəmiyyətinin (ESOMAR) üzvü, 2000–2002-ci illərdə Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyasının Himayəçilər Şurasının üzvü olub. 2003–2005-ci illərdə Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasında təşkil olunan iclaslarda ölkəmizin rəsmi nümayəndə heyətinə rəhbərlik edib. 2005-ci ildən bu günə qədər Dünya İqtisadi Forumunun Azərbaycanda tədqiqatlar üzrə tərəfdaşı, 2006-cı ildən Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaş Qrupunun rəhbəri, Azərbaycan Kənd Təsərrüfatına Yardım Layihəsi üzrə Milli ekspertlər Komissiyasının üzvü olub.
Sahib Məmmədov (iqtisadçı)
Sahib Əli oğlu Məmmədov (1978) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib. BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib. === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb. 2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib. 2003–2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib. 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Saleh Vəliyev (iqtisadçı)
Saleh Vəliyev (tam adı: Vəliyev Saleh Cəbrayıl oğlu; 5 aprel 1938, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan SSR əməkdar iqtisadçısı == Həyatı == Vəliyev Saleh Cərbayıl oğlu 5 aprel 1938-ci ildə Naxçıvan Muxrar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. === Təhsili === 1960-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (Kənd Təsərrüfatı Akademiyası) iqtisadiyyat fakültəsini bitirmişdir. == Fəaliyyəti == Naxçıvan Muxrar Respublikası Nazirlər Soveti Dövlət Plan Komitəsində böyük iqtisadçı, bölmə müdiri, Naxçıvan Muxrar Respublikasınəın Statistika İdarəsində rəis müavini-kənd tərəssüfatı şöbəsinin rəisi,hesablama mərkəzinin rəisi, Naxçıvan Muxrar Respublikası Nazirlər Sovetinin Sədrinin referent,Naxçıvan Muxrar Respublikası maliyyə nazirinin müavini vəzifələrində çalışmışdırlar. 1983-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri olub.